"Bunu Ramin Musayev ilə dəqiqləşdirə bilərsiz" - AFFA-dan açıqlama

16 May 2021 22:20 Azarkeş 1 043
"Bunu Ramin Musayev ilə dəqiqləşdirə bilərsiz" - AFFA-dan açıqlama

Bir ildən artıq müddətdir Pandemiya səbəbindən ölkəmizdə futbol stadionlarına azarkeşlərin buraxılması qadağa davam edilib.

Amma Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayevin bir neçə gün əvvəl ölkə kubokunun finalına azarkeşlərin buraxılması ilə bağlı PFL-in xahişindən sonra AFFA-nın Operativ Qərargaha müraciət etməsini deməsi futbolsevərlərdə bir ümid yaratmışdı.

Ancaq çox keçmədi ki, mətbuatda AFFA-nın OQ-ya belə bir müraciət ünvanlamadığı yazıldı. Görəsən, məsələnin əsl həqiqəti necədir?

Sualımıza cavab olaraq Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bunları deyib:

"AFFA-nın Operativ Qərargaha müraciəti ilə bağlı məndə məlumat yoxdur. Bunu Ramin müəllimin özü ilə dəqiqləşdirə bilərsiniz".

Federasiya rəsmisi Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində baş tutacaq və çempionluğun taleyinin həll olunacağı "Neftçi" - "Qarabağ" oyununa azarkeşlərin buraxılmaq ehtimalının olub-olmamasından da söz açıb: "Bu məsələlərlə bağlı PFL-in açıqlaması olub. Orada hər şey deyilib. AFFA olaraq bizim hansısa əlavəmiz yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti