Azərbaycan futbolu o günü daha 1 il gözləyəcək?

14 Mart 2020 13:26 AÇ-2020 1 456
Azərbaycan futbolu o günü daha 1 il gözləyəcək?

AVRO-2020 koronavirus epidemiyası üzündən bir il sonraya təxirə salınacaq.

Sportinfo.az xəbər verir ki, Fransanın “Ekip” nəşri belə bir iddia ilə çıxış edib.

Avropanın nüfuzlu nəşrlərindən birindən olan həmkarlarımız UEFA-nın planlarını əldə edib. Bildirilir ki, martın 17-də AVRO-2020-nin 2021-ci ilin yayında təşkil olunacağı ilə bağlı qərar elan olunacaq.

Bu, 55 milli assosiasiyanın nümayəndələri, həmçinin Avropa klublar Assosiasiyası və digər maraqlı tərəflərin iştirakı ilə baş tutacaq videokonfransda gerçəkləşəcək.

Yarışın vaxtının dəyişdirilməsi üçün UEFA FİFA ilə də razılıq əldə etməlidir. Çünki 2021-ci ilin yayında ilk dəfə yeni formatda keçiriləcək klublararası dünya çempionatı da nəzərdə tutulub.

4 oyunu Bakıda keçiriləcək AVRO-2020 iyunun 12-dən iyulun 12-dək olan müddətdə təşkil olunması planlaşdırılırdı.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”