"Qarabağ" diz çökdürdü, indi növbə türklərindir! - Avroliqada 1/8 finalın püşkü

28 Fevral 2020 16:28 Avropa Liqası 1 475
"Qarabağ" diz çökdürdü, indi növbə türklərindir! - Avroliqada 1/8 finalın püşkü

Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə cütlərin tərkibi müəyyənləşib.

Türkiyə təmsilçisi "Başakşehir" Danimarka "Kopenhagen"inə rəqib olub. Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə "Vulverhempton"u isə Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək.

Püşkatma zamanı eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə də məhdudiyyət qoyulmayıb. 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da olacaq.

“Başakşəhər” (Türkiyə) - "Kopenhagen" (Danimarka)

“Olimpiakos” (Yunanıstan) - "Vulverhempton" (İngiltərə)

“Reyncers” (Şotlandiya) - "Bayer" (Almaniya)

“Volfsburq” (Almaniya) - “Şaxtyor” (Ukrayna)

“İnter” (İtaliya) - “Xetafe” (İspaniya)

“Sevilya” (İspaniya) - “Roma” (İtaliya)

LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə)

“Zalsburq” (Avstriya) / “Ayntraxt” (Almaniya) - “Bazel” (İsveçrə)

Digər Xəbərlər
Xəbər Lenti