“Neftçi”nin legioneri söz verməkdən çəkindi: “Öz adıma deyirəm ki...”

18 Fevral 14:50 Müsahibə 1 227
“Neftçi”nin legioneri söz verməkdən çəkindi: “Öz adıma deyirəm ki...”

“Neftçi” ardıcıl üçüncü oyunda qələbəyə həsrət qaldı.

Ötən iki matçda “Sumqayıt”ın müqavimətini qıra bilməyən “ağ-qaralar” bu dəfə “Araz-Naxçıvan”a uduzdu – 0:1.

Bakılıların rusyalı vingeri Reziuan Mirzov Sportinfo.az-a verdiyi müsahibədə bir sıra məqamlara aydınlıq gətirib.

- Niyə uduzdunuz? Nə çatmadı?

- Bu gün yaxşı oynamadıq, qol epizodları yarada bilmədik və uduzduq. Başqa izahım yoxdur.

- Bu oyunu kənara qoyub, son 3 matçdakı qələbəsizlikdən danışsaq? Miodraq Bojoviç də dərdə dərman ola bilmir?

- Nələrisə birdən-birə dəyişmək istəsən də mümkün deyil. Hər bir işdə insana zaman lazımdır. Sözsüz, yaxşıya doğru dəyişikliklər var. Amma yenə də vaxt öz sözünü deyir Yeni futbolçular gəlib, onlara da uyğunlaşmaq üçün zaman lazımdır. Kubokda yarımfinala yüksəlmişik, çempionatda üçüncü pillədəyik. Qarşıda 3 aydan çox vaxtımız var. Dayanmadan çalışıb daha yaxşı olacağımıza inanıram.

- Növbəti turda əsas rəqiblərinizdən biri “Zirə” ilə qarşılaşacaqsınız. Nəyə ümid edirsən?

- Bu dəqiqə təkcə “Zirə” yox, bütün komandalarla oyunlar vacibdir. Özünüz də görürsünüz ki, autsayderlər sırasında olan komandalar da iddialıları büdrətməyi bacarır. Tək “Zirə”ni yox, bütün rəqibləri düşünməliyik. Məşqçilər heyəti bu matçla bağlı tapşırıqlarını verəcək, biz də öz növbəmizdə yerinə yetirəcəyik. Uğurlu nəticə qazanacağımıza ümid edirəm.

- Azarkeşlərə nə söz verə bilərsən?

- Öz adıma deyirəm ki, üzərimə düşən iş nədirsə, artıqlaması ilə yerinə yetirirəm və bundan sonra da yetirəcəyəm. Azarkeşlərimizi sevindirmək istəyirik.

- Ölkə kuboku, Premyer Liqanın gümüş medalları?

- Söz verməyi xoşlamıram. Biz də futbolçu olaraq öz adımız üçün uğur qazanmaq istəyirik. Dediklərinizi əldə etmək üçün çalışacağıq. Başqa yolumuz yoxdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti