
Avropa Liqasında digər finalçının da adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyada "Yuventus"a 2:1 hesabı ilə qalib gələn "Sevilya" tarixində 7-ci dəfə bu turnirdə adını finala yazdırıb.
Komandalar arasında keçirilmiş ilk görüş heç-heçə yekunlaşmışdı - 1:1.
"Sevilya" finalda İtaliyanın digər təmsilçisi "Roma" ilə qarşılaşacaq.
Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.
18 may
23:00. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) - 2:1 (ƏLAVƏ VAXTDA - 1:0)
Qollar: Suso, 72. Erik Lamela, 95 - Duşan Vlahoviç, 65
Qırmızı vərəqə: Markos Akunya, 115 ("Sevilya")
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun - 1:1
23:00. "Bayer" (Almaniya) - "Roma" (İtaliya) - 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, "Bay Arena"
İlk oyun - 0:1