COP29

“Bayer” Romada qələbə əldə etdi, Marseldə heç-heçə oldu

3 May 01:10 Avropa Liqası 715
“Bayer” Romada qələbə əldə etdi, Marseldə heç-heçə oldu

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edib.

“Roma” İtaliyada Almaniya çempionu “Bayer”i sınağa çəkib. Leverkuzen təmsilçisi səfərdə inamlı qələbə qazanmaqla finala doğru inamlı addım atıb.

Fransada Marsel “Olimpik”i ilə İtaliyanın digər təmsilçisi “Atalanta” arasında baş tutan oyunda isə qalib müəyyənləşməyib.

Cavab matçları mayın 9-da keçiriləcək.

“Roma” (İtaliya) – “Bayer” (Almaniya) 0:2
Qollar
: Virts, 28. Andrix, 73.
Roma Olimpiya stadionu

“Olimpik” (Marsel, Fransa) – “Atalanta” (İtaliya) 1:1
Qollar:
Mbemba, 20 – Skamakka, 11.
“Velodrom” stadionu

Digər Xəbərlər
Xəbər Lenti