"Spartak" "Napoli"ni uddu, Mahirin qrupunda lider oldu - VİDEO

25 Noyabr 2021 00:00 Avropa Liqası 1 228
"Spartak" "Napoli"ni uddu, Mahirin qrupunda lider oldu - VİDEO

Avropa Liqasının qrup mərhələsində V tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

C qrupunda Rusiyanın "Spartak" (Moskva) klubu İtaliya "Napoli"sini qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab erkən qolla açılıb. Moskva təmsilçisinin heyətində Aleksandr Sobolev 3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

24 yaşlı hücumçu 28-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. 64-cü dəqiqədə qonaqlar Elif Elmasın qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Spartak" liderliyə yüksəlib. Eyni xala malik "Napoli" isə 2-ci pilləyə geriləyib.

Bu qrupun digər oyununda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı İngiltərədə "Lester"in qonağı olacaq.

Noyabrın 26-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Varşava klubu 6 xalla 3-cüdür. 5 xalı olan Premyer Liqa təmsilçisi isə sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti