Mahir Emreli bu gün "Napoli"yə qol vuracaqmı? - AVROLİQA

21 Oktyabr 2021 18:40 Avropa Liqası 834
Mahir Emreli bu gün "Napoli"yə qol vuracaqmı? - AVROLİQA

Bu gün Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, üçüncü oyun günündə daha 14 qarşılaşma təşkil olunacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı İtaliyada "Napoli" ilə üz-üzə gələcək.

Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbağça" Belçika "Antverpen"ini qəbul edəcək. D qrupunun digər görüşündə Yunanıstan "Olimpiakos"u Almaniyada "Ayntraxt"ın (Frankfurt) qonağı olacaq.

E qrupunda "Qalatasaray" Rusiyada "Lokomotiv" (Moskva) komandası ilə, "Latsio" isə İtaliyada Fransa "Marsel"i ilə qarşılaşacaq.

A qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Bröndbü" (Danimarka)

23:00. "Sparta" (Praqa, Çexiya) - "Lion" (Fransa)

Xal durumu: "Lion" - 6, "Sparta" - 4 "Bröndbü" - 1, "Reyncers" - 0.

B qrupu

23:00. PSV (Eyndhoven, Niderland) - "Monako" (Fransa)

23:00. "Şturm" (Qrats, Avstriya) - "Real Sosyedad" (İspaniya)

Xal durumu: PSV - 4, "Monako" - 4, "Real Sosyedad" - 2, "Şturm" - 0.

C qrupu

23:00. "Napoli" (İtaliya) - "Legiya" (Polşa)

Xal durumu: "Legiya" - 6, "Lester" - 4 (3 oyuna), "Spartak" - 3 (3), "Napoli" - 1

D qrupu

20:45. "Fənərbağça" (Türkiyə) - "Antverpen" (Belçika)

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Olimpiakos" (Yunanıstan)

Xal durumu: "Olimpiakos" - 6, "Ayntraxt" - 4, "Fənərbağça" - 1, "Antverpen" - 0

E qrupu

20:45. "Latsio" (İtaliya) - "Marsel" (Fransa)

23:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Qalatasaray" (Türkiyə)

Xal durumu: "Qalatasaray" - 4, "Marsel" - 3, "Lokomotiv" - 2, "Latsio" - 1.

F qrupu

20:45. "Midtüllan" (Danimarka - "Srvena Zvezda" (Belqrad, Serbiya)

20:45. "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - "Braqa" (Portuqaliya)

Xal durumu: "Srvena Zvezda" - 6, "Braqa" - 3, "Lüdoqorets" - 1, "Midtüllan" - 1

G qrupu

20:45. "Betis" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya)

Xal durumu: "Bayer" - 6, "Betis" - 6, "Seltik" - 3 (3 oyuna) "Ferentsvaroş" - 0 (3)

H qrupu

20:45. "Rapid" (Vyana, Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Vest Hem" (İngiltərə) - "Genk" (Belçika)

Xal durumu: "Vest Hem" - 6, "Dinamo" - 3, "Genk" - 3, "Rapid" - 0.

Digər Xəbərlər
Xəbər Lenti