"Araz-Naxçıvan": Hamı qayıdıb gəldi, toplanış başladı

7 Yanvar 2025 22:40 Araz-Naxçıvan 996
"Araz-Naxçıvan": Hamı qayıdıb gəldi, toplanış başladı

Qış fasiləsindən maksimum faydalanmağa çalışan “Araz-Naxçıvan” bu gündən təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində istirahətlə əlaqədar ölkəsinə yollanmış legionerlər də iştirak edir.

Yanvarın 12-dək davam edəcək hazırlıq prosesi zamanı futbolçular gün ərzində 2 məşq keçəcəklər. Səhər fitnes zalda çalışacaq komanda üzvləri ikinci hazırlığı stadionda reallaşdıracaq.

Komanda hazırlıq prosesi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Yanvarın 9-da, saat 15:00-da “Kapital Bank Arena”da “Sumqayıt”la üz-üzə gələcək “qırmızı-ağlar” 2 gün sonra “Səbail”lə gücünü sınayacaq.

İkinci matçın məkanı və başlama saatı barədə əlavə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq