COP29

Yeni transfer iddialı danışdı: "Bundan heç vaxt çəkinməmişəm"

14 İyun 14:40 Araz-Naxçıvan 2 948
Yeni transfer iddialı danışdı: "Bundan heç vaxt çəkinməmişəm"

"Araz Naxçıvan"ın yay fasiləsində heyətinə qatdığı "Turan Tovuz"un sabiq qapıçısı Tərlan Əhmədli Sportinfo.az müsahibə verib.

- "Araz"a keçidin necə baş tutdu? Qərarına təsir edən əsas məqamlar nələr oldu?

- "Araz"dan təklif alandan sonra götür-qoy edib belə qərar verdim. Düşündüm ki, hazırkı məqamda mənim üçün xeyirlisi belə olar.

- Sənin transferin yay fasiləsinin erkən keçidi oldu. Tələsik qərar verməyin nə ilə bağlıydı?

- Yox, tələsik qərar deməzdim. Komandanın baş məşqçisi Elmar Baxşıyevi daha əvvəldən tanıyırdım. Futbolçulardan da münasibətim olanları vardı. Yəni yad bir yerə gəlmirdim.

- Başqa təkliflər almışdın?

- Bəli, digər klublardan da təklif almışdım. Məncə, ad açıqlamaq doğru olmaz.

- "Turan"da daha çox ehtiyatda qalırdın. Bunun səbəbi nə idi?

- Birinci mövsüm çox oyunlarda meydana çıxdım. Sadəcə sezonun sonu zədə aldım. Sonrakı mövsüm isə az oynadım. Bu da baş məşqçinin qərarı idi. Bir futbolçu olaraq buna hər zaman hazır olmalıyıq.

- Səni Moldova millisinin üzvü Kristian Avramla ciddi rəqabət gözləyir. Buna hazırsan?

- Heç vaxt rəqabətdən çəkinməmişəm. Rəqabət olan yerdə inkişaf olur. İnşallah, komanda yoldaşlarımla əl-ələ verib yaxşı nəticələr qazanmağa çalışacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?