COP29

Kapitandan etiraf: "Belə ayrılmaq istəməzdim, amma..."

12 İyun 19:00 Araz-Naxçıvan 1 725
Kapitandan etiraf: "Belə ayrılmaq istəməzdim, amma..."

"Qəbələ"nin peşəkar karyeramda çox önəmli yeri var.

İstəməzdim belə ayrılıq olsun, təəssüf ki, sonda belə oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasındı "Qəbələ"ni "Araz Naxçıvan"a dəyişən Urfan Abbasov deyib.

"Qırmızı qaralar"ın viste-kapitanı olmuş futbolçu qərar verməyin çətin olduğunu etiraf edib:

"Qərar ətrafında çox düşündüm. Mən ağır əməliyyat keçirmişəm.

İndi-indi özümə gəlirəm. Birinci Liqadakı arenaların durumu ürəkaçan deyil.

Həmin meydanlarda bu ayaqla oynamağım real deyildi. Ona görə Premyer Liqa klublarından birini seçməyə qərar verdim.

"Araz Naxçıvan"dan təklif gəldi. Mən də bunu dəyərləndirdim.

Ümid edirəm ki, "Qəbələ" yenidən elitaya qayıdar və qismət olsa yenidən orada çıxış edərəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?