Azərbaycanda komandalara hər qalibiyyətə görə 10 min manat veriləcək

07:50 Basketbol 149
Azərbaycanda komandalara hər qalibiyyətə görə 10 min manat veriləcək

Azərbaycan Basketbol Liqasında (ABL) tətbiq olunan yeni maliyyələşdirmə modelində əsas məqsəd ölkədə basketbolun inkişafını sürətləndirməkdir.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz deyib.

O, 2026/2027 mövsümündən etibarən ABL-də idarəetmə və inkişaf yanaşmasının dəyişməsi ilə bağlı fikirlərini bölüşüb:

"Burada məqsəd Azərbaycan basketolunun inkişafını sürətləndirmək, tribunalara azarkeş cəlb etməkdir. Klublara daha əvvəl ətraflı məlumatlar verilib. Ümid edirəm ki, bu mövsüm daha səviyyəli çempionat izləyəcəyik. Bütün dünyada olduğu kimi, Azərbaycan Basketbol Federasiyası da klublara maddi dəstək göstərməyə çalışır. Bu, Azərbaycan Basketbol Liqası və ikinci liqadakı klublara da aiddir. Daha əvvəl bütün klublara eyni, çempion komandaya isə daha fərqli məbləğ verilirdi. Bu mövsümdən etibarən Azərbaycanda basketbolun daha da inkişaf etməsi üçün idarəetmə və inkişaf yanaşması dəyişib".

T.Zeytingöz klubların daha yaxşı heyət qura biləcəyini də vurğulayıb:

"Klublar daha yaxşı heyət qura və azarkeşlərə diqqət ayıra bilərlər. ABL-də yeni mövsümə başlayan bütün klublar şərtsiz olaraq 300 min manat alacaqlar. Hər oyuna ən azı 300 azarkeş cəlb edən klub hər matç üçün 3 min manat qazanacaq. Burada məqsəd klubların təşkilatçılıq işlərinə də önəm verməsidir. İlk turda "Sabah" və "LANDAU Lions" komandaları üz-üzə gəldilər. Onlar artıq azarkeşlərə görə 3 min manatlıq bonusu qazanıblar. Klubların yaxşı komanda qurması üçün qələbə bonusu da ayırmışıq. Hər qalibiyyətə görə 10 min manat veriləcək. Çempion 1.4 milyon manat, ikinci yeri tutan kollektiv isə 700 min manat qazanacaq".

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!