Komandamız heç vaxt aya qələbə ilə başlamayıb

08:30 Milli komanda 99
Komandamız heç vaxt aya qələbə ilə başlamayıb

Azərbaycan millisi 8-ci dəfə hər hansı bir təqvim ayının ilk günündə meydana çıxıb.

Sportinfo.az xəbər verir ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə evdə qolsuz bərabərə qalıb – 0:0.

Bununla yığmamız tarixində ilk dəfə 1 oktyabr tarixində meydana çıxıb. Komandamız daha əvvəl fevral, mart, iyun və sentyabrın 1-də oyun keçirib.

Fevralda 2, martda və iyunda 1, sentyabrda isə 3 dəfə ayın ilk günündə matça çıxan millimizin statistikası heç də ürəkaçan deyil. Belə ki, komandamız heç vaxt aya qələbə ilə başlamayıb.

Həmin qarşılaşmaların 5-də məğlub olan yığmamız, 3 dəfə də heç-heçə ilə öyünə bilib.

1 mart 1997. Azərbaycan – Estoniya – 0:2 (Larnaka. Yoldaşlıq oyunu)

1 sentyabr 2001. Moldova – Azərbaycan – 2:0 (Kişinyov. DÇ seçmə mərhələ)

1 iyun 2008. Bosniya və Herseqovina – Azərbaycan – 1:0 (Zenitsa. Yoldaşlıq oyunu)

1 fevral 2009. Azərbaycan – Özbəkistan – 1:1 (Dubay. Yoldaşlıq oyunu)

1 fevral 2013. Azərbaycan – Özbəkistan – 0:0 (Dubay. Yoldaşlıq oyunu)

1 sentyabr 2017. Norveç – Azərbaycan – 2:0 (Oslo. DÇ seçmə mərhələ)

1 sentyabr 2021. Lüksemburq – Azərbaycan – 2:1 (Lüksemburq. DÇ seçmə mərhələ)

1 oktyabr 2026. Azərbaycan – Lixtenşteyn – 0:0 (Bakı. Millətlər Liqası)

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!