Azərbaycanın U-21 millisi Şotlandiya ilə oyunda yeddi dəqiqə ərzində konsentrasiyanı itirib.
Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Eyubov açıqlama verib.
33 yaşlı mütəxəssis Avropa çempionatının seçmə mərhələsində səfərdə 2:5 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:
"Ümumilikdə oyun yaxşı keçdi. Sadəcə, yeddi dəqiqə ərzində konsentrasiyanı itirdik. Mən futbolçulardan və məşqçi heyətindən razıyam".
R.Eyubov səhvləri düzəltməyə çalışacaqlarını söyləyib:
"Amma realist olmalıyıq. Belə oyunlara yalnız taktiki və mental olaraq hazır olmaq kifayət deyil. Y
axşı oyun ritmində qalmaq və yüksək tempə hazır olmaq çox vacibdir. Fərdi səhvlərimizi düzəltmək üçün gücümüz var. İndi bərpa keçib növbəti qarşılaşmaya hazırlaşacağıq".
U-21 millisi oktyabrın 6-da Bakıda Cəbəllütariqi qəbul edəcək.
