COP29

Hər şey "Qarabağ"dan başladı… "Araz"ın suyu niyə axır?

3 Dekabr 2023 19:25 Araz-Naxçıvan 649
Hər şey "Qarabağ"dan başladı… "Araz"ın suyu niyə axır?

Premyer Liqanın ilk dövrəsinin ən sürpriz komandası «Araz-Naxçıvan» idi.

O komanda artıq yoxdur, gözdən itib.

Futbol oynamağı unudublar. Bu qədər geriləmənin səbəbi araşdırılmalıdır.

Əlbəttə, biz bunu edə bilmərik, belə bir səlahiyyətimiz və imkanımız yoxdur. Araşdırmanı klubun başbilənləri etməlidir.

Rıçaqları genişdir.

Azər Bağırovun fikri dağınıqdır. Bəndəniz hər oyundan əvvəl və sonra onu müşahidə edir.

Görürəm ki, gedişatdan narahatdır. Ya nələrsə bilir, ya da yerindən narahatdır.

Ola bilsin, daxil təzyiqlə üzləşir, hər oyundan qabaq qulağı çalır ki, bəs qələbə olmasa, göndəriləcək.

Hər halda mövqeyinin sezildiyi hiss olunur. «Qarabağ» üzərində tarixi qələbədən sonra başlayan uğursuzluq zolağının yalnız məşqçi və futbolçularla bağlı olmasını düşünmürəm.

Yönətimlə komanda arasında rabitənin korlanması qənaətindəyəm. İlk vaxtlardakı kimi cani-dildən oynamırlar.

Düşüş bir nəfərdə olar, iki nəfərdə olar, ta hamıda yox da! Ümumi geriləmə fonunda «Səbail»in qapısı önündə 5-6 qol vəziyyəti yaradırlar - bu, maraqlı məqamdır.

Həmin 5-6 qol epizodunu boşa verirlər - bu, daha maraqlı nüansdır…

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!