Azərbaycana təhvil verilən Laçın peykdən belə görünür - FOTO

1 Dekabr 2020 10:30 Araşdırma 466
Azərbaycana təhvil verilən Laçın peykdən belə görünür - FOTO

“Azərcosmos” bu gün Azərbaycana təhvil verilən Laçın rayonunun peyk görüntülərini yayıb.

Sportinfo.az xəbər verir ki, görüntülər Laçın erməni işğalından azad olunduqdan sonra “Azersky” peyki vasitəsilə çəkilib.

Qeyd edilir ki, Laçın rayonu ötən illər ərzində Ermənistanı Dağlıq Qarabağdakı separatçılar ilə birləşdirdiyi üçün düşmən tərəfdə böyük önəm daşıyıb.

Laçında son illər ərzində Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşma işləri aparılıb. Laçın Tarix Muzeyindən Azərbaycanın mədəni irsini əks etdirən kolleksiyalar talan edilib.

Təbii sərvətlərlə zəngin Laçın rayonunda olan Turşsu, Qaladərəsi, Nağdalı kimi müalicəvi bulaqlar, VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi və digər mədəni abidələrə qarşı vandalizm əməlləri törədilib.




Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var