"Dedi, Hafiz Məmmədovla mənimlə bağlı söhbət edib"

25 Oktyabr 2020 14:40 Araşdırma 501
"Dedi, Hafiz Məmmədovla mənimlə bağlı söhbət edib"

2013-cü ilin yanvarından 2014-cü il mövsümün sonuna qədər “Bakı”nın formasını geyinən Marius Pena Azərbaycanda keçirdiyi günləri yada salıb.

Sportinfo.az xəbər verir ki, rumıniyalı hücumçu paytaxt klubuna transfer olunmasında “Football Manager” oyununun rolunun olduğunu bildirib:

“Vüqar Hüseynzadə məşqçi deyildi. Amma qərarlar verir, məşqçiləri cəlb edirdi. Məni də kluba təqdim etdi. Onun “Football Manager”dəki komandasında idim.

Sonradan axtarıb məni tapdı. Dedi ki, klub prezidenti Hafiz Məmmədovla məni heyətə qatmaqla bağlı söhbət edib. Çünki onlara mənim kimi oyunçular lazım idi. Keçidim də belə baş tutdu”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!