COP29

Noyabrda Azərbaycanda neçə gün iş olmayacaq?

15 Sentyabr 07:30 Araşdırma 1 065
Noyabrda Azərbaycanda neçə gün iş olmayacaq?

Azərbaycanda noyabrda baş tutacaq COP29 tədbirinə görə qeyri-iş günlərinin elan olunacağı ilə bağlı tez-tez xəbərlər yayılır.

Rəsmi olaraq noyabr ayının 8-i və 9-u qeyri-iş günüdür.

Belə ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən 11-i də qeyri iş günü hesab olunur. Beləliklə, ardıcıl 4 gün - cümə, şənbə, bazar, bazar ertəsi qeyri-iş günü olacaq.

Bəzi saytlarda noyabrın 12-si Konstitusiya Günü də qeyri-iş günü olacağı ilə bağlı məlumat yayılsa da, hələ ki, bununla əlaqədar rəsmi açıqlama yoxdur.

Bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib.

Həmçinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.

Eyni zamanda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən dövlət orqanlarında da (qurumlarında) iş rejimi dəyişəcək.

Belə ki, dövlət qurumlarına işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla) tapşırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik