Respublika ərazisində hava ilə bağlı xəbərdarlıq

08:00 Araşdırma 92
Respublika ərazisində hava ilə bağlı xəbərdarlıq

Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) yağıntının intensivləşəcəyi, 5-6-da qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Həmçinin bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti