O, bıçaqlandı, cinayət işi başlanıldı - FOTO

08:50 Araşdırma 70
O, bıçaqlandı, cinayət işi başlanıldı - FOTO

Gəncə şəhərində “Kəpəz”in futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

Sportinfo.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.

Artıq Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində futbolçuya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Rzayev xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

228499 tg9qowqtwe - Futbolinfo.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!