Onu qız üstündə vurublar - Bıçaqlanma ilə qurtaran mübahisənin təfərrüatı

13:40 Araşdırma 666
Onu qız üstündə vurublar - Bıçaqlanma ilə qurtaran mübahisənin təfərrüatı

“Kəpəz”in yarımmüdafiəçisi Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı bəlli olub.

Sportinfo.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, dostunu qorumaq üçün özünü irəli verib.

Belə ki, Veysəl dostu və iki xanımla birlikdə Gəncədəki restoranların birində əylənirmiş. Gecə təxminən 04:00 radələrində isə xanımlarla bahəm məkanı tərk ediblər.

İlkin məlumata görə, yolda həmin xanımlardan birinin keçmiş sevgilisi onların qarşısını kəsib. Həmin şəxs Veysəlin dostu ilə mübahisə etdikdən sonra ona bıçaq zərbəsi endirməyə çalışıb.

V.Rzayevin dostunu qorumaq üçün özünü irəli verdiyi və bıçağın ona dəydiyi bildirilir. Nəticədə futbolçu ağır yaralanıb.

Veysəlin yanındakı dostu da “Kəpəz”in keçmiş oyunçusu Nihat Fərəcidir. Hazırda o, İkinci liqada mübarizə aparan “Şəki Siti”də forma geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti