Aldıqları maaşın 3 qatı qədər müavinət ödəniləcək - VİDEO

07:50 Araşdırma 109
Aldıqları maaşın 3 qatı qədər müavinət ödəniləcək - VİDEO

Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə ortaaylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.

Hüquqşünas Sahib Məmmədov sözügedən müavinətin əvvəllər də olduğunu deyib.

Lakin indiyədək bu məbləğ əmək haqqının azı 2 misli qədər idi.

Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 20:00 Çək və bizə göndər!