Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

08:00 Araşdırma 82
Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

Bu il Azərbaycanda Novruz bayramı ərəfəsində ilk çərşənbə fevralın 24-nə təsadüf edir.

Bu gün xalq arasında Su çərşənbəsi kimi tanınan ilk çərşənbə qeyd olunur.

İnanca görə, Su çərşənbəsi təbiətin oyanmasının başlanğıcı hesab edilir. Su həyat, saflıq və yenilənmə rəmzi sayılır.

Bu gündə su ilə bağlı adətlər icra olunur, insanlar sübh tezdən su üstündən atlanır, ev-eşik təmizlənir, yeni ilə hazırlıq başlanır.

Novruzun digər çərşənbələri martın 3-də Od, martın 10-da Yel (Hava), martın 17-də isə sonuncu – Torpaq çərşənbəsi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 20:00 Çək və bizə göndər!