Azərbaycan idmançılarının reytinqi - Həsrətə çatan olmadı

2 Fevral 03:30 Araşdırma 607
Azərbaycan idmançılarının reytinqi - Həsrətə çatan olmadı

Azərbaycan idmançılarının 2026-cı il fevralın 1-nə olan reytinq cədvəli bəlli olub.

Sportinfo,az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Birinci pillədə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460) ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.

Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”