Ərəbələrin pulu gücünə “dirilən”... “Qarabağ”ı kimlər gözləyir?

08:20 Araşdırma 255
Ərəbələrin pulu gücünə “dirilən”... “Qarabağ”ı kimlər gözləyir?

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” olub.

Sportinfo.az xəbər verir ki, "sağsağanlar" ləqəbli komandanın avrokubokdakı ən böyük nailiyyəti 1969-cu ilə təsadüf edir.

Həmin il komanda finalda Macarıstanın “Uypeşt” klubuna qalib gələrək Şəhərlərarası Yarmarkalar Kubokunu (indiki Avropa Liqası) muzeyinə aparmağa nail olub. “Nyukasl” 2006-cı ildə isə UEFA Intertoto titulunu qazanıb.

UEFA Çempionlar Liqasında da yaddaqalan izlər qoyan Nyukasl təmsilçisi, 1997-ci ildə "Barselona" üzərindəki 3:2 hesablı tarixi qələbə və 2002/2003-cü illər mövsümündə ilk üç oyunda məğlub olmasına baxmayaraq, növbəti mərhələyə yüksələn ilk komanda kimi rekorda imza atmışdı.

Klubun əfsanəvi hücumçusu Alan Şirer 30 qolla “Nyukasl”ın avrokuboklardakı ən məhsuldar oyunçusu statusunu qoruyur.

2021-ci ildə “Nyukasl”ın 85% səhmlərini Səudiyyə Ərəbistanın Sərvət Fondu satın alıb. 2023-cü ildə isə komanda uzunmüddətli fasilədən sonra yenidən qitənin ən nüfuzlu turnir vəsiqə qazanmağa müvəffəq olub. Həmin mövsüm “Nyukasl” qrup mərhələsində Fransanın PSJ klubunu 4:1 hesabı ilə məğlub edərək öz ambisiyalarını nümayiş etdirib.

“Nyukasl”ı 2021-ci ildən ingiltərəli baş məşqçi Eddi Hau çalışdırır. Komanda Çempionlar Liqasının əsas mərhələsində “Yunion Royal”ı 4:0, “Benfika” ilə PSV-ni 3:0, “Atletik Bilbao”nu isə 2:0 hesabı ilə üstələyib. “Sağsağanlar” PSJ ilə 1:1, “Bayer Leverkuzen”lə 2:2 hesablı heç-heçə edib, “Barselona”a ilə “Marsel”ə isə 1:2 hesabı ilə uduzub.

“Nyukasl” İngiltərə Premyer Liqasında 23 turdan sonra 33 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Komandanın büdcəsi 711,5 milyon avrodur.

Komanda ev oyunlarını 52.409 azarkeş tutumuna malik “Sent Ceyms Park” stadionunda keçirir.

“Qarabağ”la “Nyukasl”la ilk oyununu fevralın 17-də və ya 18-də Bakıda keçirəcək. Səfərdəki cavab görüşü isə ayın 24-də və ya 25-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!