Azərbaycanda qumar oyunlarına görə 428 internet resursuna giriş məhdudlaşdırıldı

31 Yanvar 04:30 Araşdırma 560
Azərbaycanda qumar oyunlarına görə 428 internet resursuna giriş məhdudlaşdırıldı

Ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdən və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də aparılan monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatına məhkəmə qətnaməsi əsasında Azərbaycan ərazisində giriş məhdudlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

Bildirilib ki, girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının 428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yayılması, 1-i isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.

ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitində qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”