Premyer Liqada cari mövsümün ən az maaş alan baş məşqçisi müəyyənləşib.
Bugünlərdə "Karvan"ın sükanı arxasına keçən Füzuli Məmmədov 5000 manat əməkhaqqı alacaq.
Klub rəhbərliyinin qərarına əsasən, bir müddətdir komandada məşqçi kimi fəaliyyət göstərən Füzuli Məmmədov mövsümün sonunadək öz korpusu ilə birlikdə bu vəzifəyə təyin olunub.
"Karvan-Yevlax" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu - 12-ci pillədə yer alıb.
Ötən ilin noyabrın 25-də Azər Həşimovun yerinə gəlmiş «Neftçi»nin sabiq çalışdırıcısının qarşısına konkret məqsəd qoyulub - komandanı elitada saxlamalıdır.
F.Məmmədov bunu bacararsa, növbəti mövsümü də Yevlax təmsilçisində keçirəcək.
SPORTİNFO.AZ


