İşıq pulunda 50 faiz güzəşt olunacaq?

07:50 Araşdırma 183
İşıq pulunda 50 faiz güzəşt olunacaq?

Artan kommunal xərclər fonunda qaz olmayan yaşayış məntəqələri və binalar üçün elektrik enerjisi limitlərində güzəştlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib.

Bəs, qaz olmayan yaşayış məntəqələri və binalarda yaşayan vətəndaşlar üçün elektrik enerjisi limitlərində və tariflərində güzəştlərin tətbiqi mümkündürmü?

Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bir çox ölkələrdə bu yanaşmanın artıq mövcud olduğunu və Azərbaycanda da vaxtilə tətbiq olunduğunu bildirib:

“Əvvəl qaz olmayan binalarda elektrik enerjisi vətəndaşlara 50 faiz güzəştlə satılırdı. Belə bir mexanizmin yenidən tətbiqi mümkündür və məntiqli yanaşmadır. Son dövrlər Azərbaycanda qazlaşma ilə bağlı fikirlər səsləndirilir. Xüsusilə yüksək mərtəbəli binaların qazla təminatında müəyyən məhdudiyyətlərin ola biləcəyi bildirilir. Bu məhdudiyyətlər təhlükəsizlik məqsədi daşıya bilər. Bu halda alternativ olaraq elektrik enerjisi üzrə daha əlverişli şərtlər yaradılmalıdır”.

Onun sözlərinə görə, belə hallarda yalnız limit tətbiqinin aradan qaldırılması deyil, eyni zamanda elektrik enerjisinin tariflərinin də daha ucuz olması zəruridir:

“Əgər qaz təminatı təhlükəsizlik səbəbilə məhdudlaşdırılacaqsa, həmin binalarda yaşayan vətəndaşların elektrik xərcləri məntiqi həddi aşmamalıdır. Bu zaman dövlət tərəfindən güzəştli tariflərin tətbiqi labüddür”.

Ekspertin fikrincə, sosial yönümlü yanaşma çərçivəsində qazsız yaşayış məntəqələri üçün xüsusi elektrik enerjisi güzəştlərinin müzakirəyə çıxarılması real və əsaslandırılmış addım ola bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!