İngiltərə nəhənginin “uğur çubuğu” - Görün, “Qarabağ”ın üstünə kim gəlir!

16:40 Araşdırma 205
İngiltərə nəhənginin “uğur çubuğu” - Görün, “Qarabağ”ın üstünə kim gəlir!

Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda keçiriləcək “Liverpul” - “Qarabağ” oyununu idarə edəcək hakimlərin adı məlumdur.

Qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətlərdə Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

41 yaşlı Krujlyak özü də vaxtilə futbolçu olub. Lakin karyerası istədiyi kimi alınmadığından, 21 yaşında topla vidalaşaraq fitə maraq göstərib.

24 yaşında Slovakiyanın yüksək liqa oyunların təyinat alan səbəbkar 4 ildən sonra FİFA-nın etimadını qazanaraq, beynəlxalq matçlara təyinat alıb.

İndiyə qədər baş hakim qismində 89 avrokubok matçını idarə edən İvan üçün “Liverpul” – “Qarabağ” dueli 90-cı olacaq.

Krujlyakın 89 avrokubok oyununda “Qarabağ” 1, “Liverpul” 3 dəfə iştirakçı olub. İngiltərə nəhənginin slovakiyalı ilə yolu iki halda Çempionlar Liqasının qrup mərhələsində kəsişib.

2017-ci ilin noyabrında “Enfild”də “Maribor”a 3 cavabsız top vuran “qırmızılar”, 2 ildən sonra yenə noyabr ayında “Genk”i üstələyib – 2:1.

Buna qədər isə 2012-ci ilin avqust ayında Belarusda gerçəkləşən “Qomel” – “Liverpul” duelində iş başında olub. Sevinən tərəf yenə ingilislər olub – 1:0.

“Qarabağ”a gəlincə, slovakiyalı ilə “Qarabağ” ötən ilin avqust ayında tanış olmaq imkanı qazanıb. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniyada baş tutan “Şkendiya” – “Qarabağ” matçını məhz bu şəxs idarə edib.

İvan həmin oyunda 7 sarı vərəqə göstərib ki, bunlar 4-ü rəqibin, 3-ü bizimkilərin payına düşüb. 18-ci dəqiqədə “Qarabağ”ın xeyrinə təyin etdiyi penaltini isə Toral Bayramov dəqiq yerinə yetirib.

Beləliklə, Krujlyakın idarəçiliyi altında baş tutan 4 oyunun hamısında “Liverpul”la “Qarabağ” qələbə qazanıb.

Bu gecə “Enfild” stadionunda keçiriləcək “Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti