ŞAD XƏBƏR: Yeni metro stansiyaları bu ərazilərdən keçəcək - VİDEO

07:30 Araşdırma 144
ŞAD XƏBƏR: Yeni metro stansiyaları bu ərazilərdən keçəcək - VİDEO

Bildirilir ki, hazırda metronun ən zəif inkişaf edən istiqaməti "bənövşəyi" xətdir.

Cəmi dörd stansiyası olan bu xətt sərnişin axınının cəmi üç faizini həyata keçirir.

Bu səbəbdən metroda inkişaf əsasən "bənövşəyi" xətt üzrə nəzərdə tutulur.

Yeni stansiyalar "Nizami"də "yaşıl" xətlə, "Sahil" stansiyası yaxınlığından isə "qırmızı" xətlə kəsişmə yaradacaq.

Bu, Sumqayıt və Xırdalan istiqamətindən gələn vətəndaşların metroya ("Xocasən" və "Avtovağzal" stansiyalarında - red.) daxil olduqdan sonra şəhərin mərkəzində yer üstünə çıxmadan marşrut dəyişməsinə imkan verəcək.

Yeni metro stansiyaları "bənövşəyi" xətlə yanaşı "yaşıl xətt" istiqamətində də olacaq.

Bildirilir ki, "yaşıl" xəttin üzərində Ağ şəhər, NZS, "Nargilə" adlanan ərazilərdə və "Həzi Aslanov-2" olmaqla 4 stansiya tikilməlidir. "

Bənövşəyi" xətt üzrə "B-04" stansiyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyalarına keçid funksiyalı, "Neftçilər" xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə isə 6 yeni stansiya inşası nəzərdə tutulur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO