
Reykyavikdə İslandiya və Azərbaycan milli komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa təyinatlar açıqlanıb.
Йarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
Matçı FIFA referisi Sander van der Eyk idarə edəcək. Ona Rens Blümink və Stefan de Qroot kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək.
34 yaşlı referi 28 yaşında Niderland elitasında ilk matçını idarə edib. Bundan 3 il sonra isə beynəlxalq yarışlara təyinat almağa başlayıb.
Sander 2022-ci ildən bu yana Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 10 oyun idarə edib. Milli komandalar səviyyəsində U-17, U-19 və U-21-lərin seçmə və final mərhələsinin görüşlərinə də kifayət qədər təyinat alıb.
Lakin söhbət əsas milli səviyyəsindən gedirsə, cəmi bir dəfə Avropa çempionatının seçmə mərhələ görüşündə fit çalıb. 2023-cü ildə Slovakiyanın Lixtenşteyni 3:0 hesabı ilə udduğu oyun ona tapşırılıb.
İndiyə qədər Azərbaycan təmsilçilərinin matçında iştirak etməyən niderlandlı üçün İslandiya ilə qarşılaşma ilkdir. Həm azərbaycanlıların iştirakı ilə keçirilən ilk oyun olacaq, həm də dünya çempionatının seçmə mərhələsində ilk matçı idarə edəcək.
Bu gün “Laugardalsvöllur” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ