“Votsap”da mesaj yazmaq üsulu dəyişdi - Artıq belə olacaq

25 Avqust 2025 07:10 Araşdırma 12 582
“Votsap”da mesaj yazmaq üsulu dəyişdi - Artıq belə olacaq

“WhatsApp” istifadəçi təcrübəsini artırmaq üçün yenilik üzərində işləyir.

Yeni funksiya istifadəçilərə süni intellektlə işləyən kömək təklif edir.

Yenilik Tətbiqin iOS beta versiyasında müşahidə edilib.

Məlumata görə, bu köməkçi istifadəçilərə göndərdikləri mesajlarda kömək edir. Bildirilir ki, istifadəçi qaralama yaradır və AI qaralamadakı səhvləri aradan qaldırır mətni anlaşılan, göndərilə bilən mesaj edir. “WhatsApp”ın yeni funksiyasından istifadə etmək olduqca sadədir.

İstifadəçilər mesaj yazmağa başlayanda stiker işarəsinin karandaş ikonasının dəyişdiyini müşahidə edəcəklər. Ona toxunduqdan sonra MetaAI ilə işləyən yazı köməkçisi aktivləşəcək. İstifadəçilər onlara təqdim olunan təkliflərdən birini seçib çata göndərə biləcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti