“Ferentsvaroş”un baş məşqçisindən qeyri-adi Bakı planı üzə çıxdı!

24 Avqust 2025 19:25 Araşdırma 2 163
“Ferentsvaroş”un baş məşqçisindən qeyri-adi Bakı planı üzə çıxdı!

Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” “Ferenetsvaroş”la cavab matçına hazırlaşır.

Bakıdakı növbəti oyun avqustun 27-də baş tutacaq ki, qonaqların səfər planına aydınlıq gəlib.

Macarıstan çempionu ölkəmizə görüşdən bir gün əvvəl təşrif buyuracaq. Təyyarənin enişi saat 18:30-a nəzərdə tutulub.

Bu isə o deməkdir ki, “Ferentsvaroş”un baş məşqçisi Robbi Kin Bakıda oyunöncəsi son məşqə ehtiyac duymayıb.

İrlandiyalı mütəxəssis avqustun 26-sı saat 20:00-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

Macarlar şəhərimizin dəbdəbəli məkanlarından olan “Hilton” otelində məskunlaşacaq.

Budapeştdəki ilk qarşılaşma 3:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab dueli saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti