Premyer Liqada yeni komanda - Bu, o deyilmiş...

18 Avqust 08:40 Araşdırma 1 138
Premyer Liqada yeni komanda - Bu, o deyilmiş...

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün ilk turu iki klubun debütü ilə əlamətdar olub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əsası 2022-ci ildə qoyulan komandalar – “Karvan-Yevlax” və “İmişli” ölkə çempionatının yüksək dəstəsində debüt edib.

Hər iki debütant ilk matçını evdə - Şamaxı şəhər stadionunda keçirib. Yevlax təmsilçisi “Qəbələ” ilə qarşılaşmada 1 xal qazanıb – 1:1. İmişlinin eyniadlı klubu “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.

Bununla da 1992-ci ildən keçirilən çempionatda iştirak edən klubların sayı 63-ə çatıb. Əvvəlki 33 mövsümdə 61 komanda güclülər sırasında mübarizə aparıb.

Hər iki komanda təmsil etdiyi şəhərin 3-cü klubudur. İmişlini “Lokomotiv” və “MKT-Araz”, Yevlaxı “Avtomobilçi” və “Karvan” təmsil edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu