Bu da “cırtdan” dediklərimiz! Bəs bizimkilər hanı?

03:40 Araşdırma 177
Bu da “cırtdan” dediklərimiz! Bəs bizimkilər hanı?

Avrokuboklarda gözlənilməz nəticələrdən birinə də Cəbəllütariq və San Marino klubları imza atıb.

Sportinfo.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi “Linkoln” Konfrans Liqasının Liqa mərhələsini, Avropa Liqasının isə pley-offunu təmin edib.

Komanda mübarizəyə Çempionlar Liqasının 1-ci mərhələsindən başlayıb və İslandiyanın “Vikinqur” klubunu hər iki oyunda qalib gəlməklə (3:2, 1:0) mübarizədən kənarlaşdırıb.

“Linkoln” 2-ci mərhələdə “Srvena Zvezda”ya rəqib olub. Serbiya klubuna uduzan (0:1, 1:5) komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində Ermənistan təmsilçisi “Noah”la üz-üzə gəlib.

“Linkoln” ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi rəqibi ilə ötən gecə cavab matçına çıxıb. Görüşün əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilərdə isə Cəbəllütariq klubu üstün olub – 6:5.

San Marinonun "Virtus" klubu isə Konfrans Liqasında pley-offa vəsiqə əldə edib. Komanda KL-in 3-cü mərhələsində Moldovanın "Milsami" klubunu mübarizədən kənarlaşdırıb - 2:3, 3:0)

Təəssüf ki, cırtdan ölkə dediyimiz Cəbəllütariq və San Marinonun klubları bu uğura nail olur, Azərbaycan təmsilçilərindən isə “Qarabağ”dan başqa digərləri artıq ənənəvi olaraq mübarizəni 3-cü raundda erkən dayandırıb növbəti mövsümü gözləyirlər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...