Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı - FOTO

15 Avqust 2025 07:10 Araşdırma 465
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı - FOTO

Avqustun 11-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisindəki sökülmüş mərmər zavodunda yanğın törədən şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis araşdırması ilə yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Ə. Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti