“Qarabağ”ın rəqibinin ucuz reysi, bahalı məkanı - PLAN

10 Avqust 22:05 Araşdırma 527
“Qarabağ”ın rəqibinin ucuz reysi, bahalı məkanı - PLAN

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Komandalar arasında cavab matçı avqustun 12-də Bakıda baş tutacaq.

Rəqib komandanın məlum qarşılaşma ilə bağlı səfər planı məlum olub.

Şimali Makedoniya çempionu bu gün axşam saatlarında paytaxtımıza təşrif buyuracaq.

Lakin çarter reysi ilə yox. Klub rəhbərliyi xərclərə qənaət etmək üçün tranzit yolunu seçib.

“Şkendiya” Skopyedən İstanbula uçub, oradan Bakıya üz tutaccaq.

Bu gün istirahət edəcək komanda üzvləri matçdan bir gün əvvəl, yəni sabah oyunöncəsi son məşqinə çıxacaq.

Qonaqlar məskunlaşmaq üçün paytaxtımızdakı lüks məkanlardan sayılan “Absheron Marriott” otelini seçib.

Yeri gəlmişkən, makedoniyalı jurnalistlər bu oyunla bağlı ölkəmizə səfər etməyəcək.

Skopyedəki ilk duel 1:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatmışdı.

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti