
"ASK Arena"da cadu tapılmasını bir neçə saat öncə xəbər vermişdik.
Burada "Barselona"nın akademiya yerləşəcəyindən, təmir-bərpa və yenidənqurma işləri aparılır.
Arenada çalışan şirkətəməkdaşları şok vəziyyətə düşüb. Süni qazonun sökülməsi zaman tapılan bəzi əşyaları onlarda heyrət yaradıb.
Belə ki, süni meydançanın altından bir neçə bükülü tapılıb. Sökük hissələrdən qazonun alt hissəsinə yerləşdirilən həmin bükülülərin cadu olması müəyyənləşib.
Əcaib-qəraib hərflər yazılmış kabız parçaları, dırnaq, qara yağ və bəzi fotolar… Bunlar oradan çıxanlardır.
Şəkillərin bəzisi yararsız hala düşüb və yalnız biri-ikisinin kimə aid olması bilinib. Onlar da ki, məşqçilərdir.
Maraqlıdır ki, cadulanmış mütəxəssislərin ikisi də hazırda «Neftçi»də çalışır. Sənan Qurbanov və Aqil Məmmədov paytaxt klubunun akademiyasında fəaliyyət göstərir.
SPORTİNFO.AZ