Ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir - Yemişin bu faydalarını bilirdizmi?

08:00 Araşdırma 113
Ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir - Yemişin bu faydalarını bilirdizmi?

Yay fəslinin ən sevimli meyvələrindən biri də yemişdir. Yemişin tərkibindəki adenozin maddəsi ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.

Bu meyvə tor qişanın sağlamlığını qoruyan C vitamini ilə də zəngindir.

Bu barədə ispaniyalı dietoloq Marta Fiqeras məlumat verib.

O bildirir ki, adenozin orqanizmdə müxtəlif prosesləri – yuxunu tənzimləməyə kömək edir, iltihab əleyhinə təsir göstərir və hüceyrələrə enerji ötürür.

“Bu məhsul həm də sinir sistemini rahatlaşdıran zəngin askorbin turşusu və B vitamini mənbəyidir. Bütün bu faydalar ürəyin daha yaxşı işləməsinə və onu qorumasına kömək edir”, - mütəxəssis qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti