Qonaqları sevindirən adam üçüncü dəfə Bakıda - Onu tanıyın!

10 İyul 17:20 Araşdırma 139
Qonaqları sevindirən adam üçüncü dəfə Bakıda - Onu tanıyın!

"Sabah"ın Avropa Liqasının I təsnifat məhələsində "Çelye"yə (Sloveniya) qarşı keçirəcəyi matç üçün hakim təyinatları açıqlanıb.

Bu axşam Masazırda baş tutacaq ilk görüş Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Daniyar Saxiyə Samat Terqeussizov və Sergey Klaçyo kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək.

Qazaxıstanın aparıcı hakimlərindən hesab olunan Saxi yerli çempionatda düz 10 il əvvəl, 24 yaşında debüt edib. Bundan 2 il sonra isə FİFA-nın beynəlxalq oyunlarına təyinat alıb.

Daniyar bu günə qədər avrokuboklarda cəmi 7 oyunda iş başında olub. Bunların 4-də Konfrans, 3-də Avropa Liqasının matçlarını idarə edib.

Beynəlxalq oyunların ikisində yolu bizimkilərlə kəsişib.

2017-ci ilin iyunun 29-da “Zirə” Avropa Liqasında Bakıda “Differdanj”ı 2:0 hesabı ilə məğlub edəndə, meydanda yaşananlara məhz qazax referi nəzarət edib. Ayağı bizimkilər üçün düşərli olub.

Bundan 5 ay sonra növbəti dəfə ölkəmizə gəlib. Bu dəfə U-21-lərin Avropa çempionatının seçmə mərhələ oyunu üçün. “Dalğa Arena”da Azərbaycanla Almaniyanın 21 yaşa qədər futbolçuları arasında baş tutan görüşdə almanlar bizimkiləri darmadağın edəndə, Saxi rəqibin xeyrinə 7 dəfə mərkəzi göstərib.

O, “Çelye”dəkilərə daha yaxından tanışdır.

2023-cü ilin yayında Sloveniya təmsilçisi öz meydanında Konfrans Liqasının III təsnifat mərhələsində Belarus “Neman”ı ilə qarşılaşanda, meydanda əsas söz sahibi olub.

“Çelye” 2 il əvvəlki görüşdə 1:0 hesabı ilə qələbə qazanıb.

Bu axşam “Bank Respublika Arena”da keçiriləcək oyunun start fiti saat 200-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!