"Bakı stadionundakı inşaat işləri 99 faiz tamamlanıb"

9 Noyabr 2024 07:40 Araşdırma 459
"Bakı stadionundakı inşaat işləri 99 faiz tamamlanıb"

“COP29-la bağlı Bakı Stadionundakı inşaat işləri 99 faiz tamamlanıb”.

Bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.

O bildirib ki, bu axşam bütün işlər yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək:

“Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır.

Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!