COP29

Ermənistan MTX-dən əsgərimizin sərhədi keçməsinə dair iddialara münasibət

10 İyun 18:30 Araşdırma 380
Ermənistan MTX-dən əsgərimizin sərhədi keçməsinə dair iddialara münasibət

“Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun hərbi qulluqçusunun sərhədi keçmə ehtimalı ilə bağlı məlumata sahib deyil”.

Bu barədə məlumatı Ermənistan MTX yayıb.

Qeyd olunub ki, məsələ ilə bağlı hər hansı yeni məlumat olduqda ictimaiyyətə bildiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. Daha sonra erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini iddia edib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"