COP29

Bu meyvələr insan orqanizminə necə faydalıdır?

23 May 15:50 Araşdırma 257
Bu meyvələr insan orqanizminə necə faydalıdır?

Hər bir fəsildə meyvələrin insan orqanizmi üçün faydaları mühüm və fərqlidir.

Meyvələrin insan sağlamlığındakı rolunu təqdim edirik:

Çiyələk - ən ləzzətli meyvələrdən biri olan çiyələk C vitamini, manqan və liflər baxımından olduqca zəngindir. Bu meyvə toxumaların bərpasında və immuniteti gücləndirməsində ən yararlı vasitədir. Son dövrlərdə aparılan araşdırmalarda çiyələyin göz sağlamlığı və qırışların azalması üzərindəki müsbət təsirləri də qeyd olunur.

Albalı - yaz meyvələri arasında ən aşağı kalorili və sağlam meyvədir. Bir kasası təxminən 90 kalori olan albalı liflər, zülallar, A və C vitaminləri baxımından olduqca zəngindir. Tərkibindəki melatonin hormonu ilə yuxu problemlərini nizamlayır.

Qarpız - yay boyunca istehlak ediləcək ən ləzzətli və yüngül meyvələrdən biridir. Bir qabı təxminən 50 kalori olan qarpızın qida dəyəri yüksək, kalori dəyəri isə aşağıdır. A və C vitaminləri və sitrülin aminoasidin baxımından olduqca zəngin olan qarpız, bədənin arjin çıxarılmasına da köməkçi olur. Ürək xəstəlikləri riskinin azaldılmasına və bədənin yeni toxuma törəməsində böyük rol oynayır. Tərkibindəki likopen sayəsində dərini zərərli şüalardan da qoruyur.

Avokado - dəriyə qulluq üçün olduqca faydalı bir meyvədir. Tərkibindəki doymamış yağla xolesterola və infarkt riskinin azalmasına kömək edir. Avokadoda olan E vitamini, xərçəng və ürək xəstəlikləri ilə mübarizə aparır, qırmızı qan hüceyrələrinin istehsalında əhəmiyyətli rol oynayır. Avokado ayrıca üz və saç maskası kimi də olduqca təsirlidir.

Üzüm - bu ləzzətli meyvə sanki bir vitamin və mineral anbarıdır. Ürək sağlamlığı üçün çox faydalıdır. Dəriyə olan müsbət təsirləri ilə bərabər tərkibindəki antioksidan sayəsində hüceyrə pozulmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır. Ayrıca xolesterolun salınmasında, qan damarları ürək sağlamlığında da olduqca təsirlidir. Gündə bir ovuc üzüm yemək, qırışların azalmasına kömək edir.

Şaftalı - A , B və C vitaminləri baxımından olduqca zəngin olan şaftalı bol miqdarda kalium, maqnezium, kalsium, natrium, dəmir və fosfor ehtiva edir. Həzm sistemi üzərində olduqca təsirlidir. Sidik yollarındakı qum və daşı tökür, tərkibindəki lutein ilə göz sağlamlığını qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 16:10 Çək və bizə göndər!
22 İyun 10:40 Səmərəni burada gör!