COP29

Rəşad Sadıqovun 4 uğuru

3 İyun 2023 16:20 Araşdırma 524
Rəşad Sadıqovun 4 uğuru

Azərbaycan Kubokunun 28 finalında 475 futbolçu iştirak edib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onlardan dördü daha çox – 6 belə matçda meydana çıxıb.

Rekordçular Mahmud Qurbanov, Denis Silva, Müşfiq Hüseynov və Cavid Hüseynovdur.

Dörd oyunçu isə 5 finalda şans qazanıb. Maksim Medvedev, Rahid Əmirquliyev, Kamran Ağayev və Alim Qurbanov buna nail olan futbolçulardır.

İndiyədək 267 oyunçu finalda qalib olub. Mahmud Qurbanov və Maksim Medvedev rekordçulardır. Onlar hərəyə 5 dəfə finalda kubok qazanıb.

Rəşad Sadıqov, Qara Qarayev, Denis Silva, Hüseyn Məhəmmədov, Füzuli Məmmədov və Füzuli Allahverdiyevin 4 belə uğuru var.

Bu gün "Neftçi" və "Qəbələ" arasında oynanılacaq final görüşü saat 20:00-da başlayacaq.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"