Qəbələdəki gərginliyin YENİ DETALLARI

9 Aprel 2023 23:20 Araşdırma 1 270
Qəbələdəki gərginliyin YENİ DETALLARI

"Zirə" Premyer Liqanın 29-cu turunda uzun müddətdir lövbər saldığı 4-cü pilləni əldən verdi.

"Qəbələ"nin qonağı olan paytaxt təmsilçisi gərgin keçən qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrıldı.

Oyunun dinamikası o qədər yüksək idi ki, hətta bu insidentə kimi gətirib çıxardı.

Belə ki, oyunun gedişində qonaqların kapitanı Qismət Alıyev fanatlarla söz atışmasına çıxdı.

Hətta kiməsə "çıxanda danışarıq" çağrışı etməyi də kənardan aydın eşidildi.

Nəticədə 90 dəqiqə fitə basılan oyunçu səbrlə qarşılaşmanın bitməsini gözlədi.

Hakimin final fitindən sonra tribunalara yaxınlaşan Aliyev azarkeşlərlə polemikaya girdi.

Qismət "Qəbələ" yetirməsidir. 5 ildən çox bölgə klubunun formasın geyinib. Bu müddətdə 82 oyunda meydana çıxıb və 1 qol, 5 asistlə yadda qalıb.

Milli komandamızın da üzvü olan müdafiəçi bunu əsas gətirərək üzgün halda fanatlardan "uzun illər burda oynamışam, niyə hörmət etmirsiniz" sualına cavab tələb etdi.

Komanda yoldaşları onu birtəhər sakitləşdirərək paltardəyişmə otağına apardılar.

Matçdan sonra gərginliyin səbəbini onun özündən öyrənməyə çalışsaq da, bu, mümkün olmadı.

Amma kiçik araşdırmadan sonra məlum oldu ki, 26 yaşlı futbolçunu özündən çıxaran əsas səbəb azarkeşlərdən birinin ona çox ağır söyüş söyməsi olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?