Avropa çempionatının seçmə mərhələlərində oynamış ən yaşlı - İBRA

8 Aprel 2023 02:40 Araşdırma 566
Avropa çempionatının seçmə mərhələlərində oynamış ən yaşlı - İBRA

İsveç millisinin forvardı Zlatan İbrahimoviç AVRO- 2024-ün seçmə mərhələsinin Belçika ilə görüşündə (0:3) meydana sonradan daxil olub.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı isveçli Avropa çempionatının seçmə mərhələlərində oynamış ən yaşlı futbolçu adına sahib çıxıb.

İbrahimoviçdən əvvəl seçmə mərhələ tarixinin ən yaşlı oyunçusu 1983-cü ildə 41 yaş 3 aylığındaİsveçə qarşı oynamış İtaliya millisinin keçmiş qapıçısı Dino Zoff idi.

Final mərhələlərinin rekordçusu Macarıstan yığmasının sabiq qapıçısı Qabor Kiralıdır.

O, 2016-cı ildə Belçikaya qarşı 40 yaş 2 ay 25 günlüyündə oynamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?