Azərbaycanın quru sərhədləri bu tarixdən açılacaq? - VİDEO

2 Aprel 2023 12:50 Araşdırma 575
Azərbaycanın quru sərhədləri bu tarixdən açılacaq? - VİDEO

Gürcüstan mediasında Azərbaycanla bu ölkənin quru sərhədlərinin açılacağı barədə məlumatlar yer alıb.

İddiaya əsasən, iki ölkə arasında quru sərhəd məhz may ayının 1-dən açılacaq.

Azərbaycanın qonşu ölkələrlə sərhədi 3 ildir ki, bağlıdır. Quru sərhədlərin açılacağı ilə bağlı hələlik rəsmi təsdiq olmasa da, bu mövzuda müzakirələrin getdiyi bildirilir.

Sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatına böyük zərbə vurduğu üçün məsələ parlamentdə müzakirə olunub. Deputat Aqil Abbas arb-yə bildirib ki, mayın 1-dən quru sərhədlərin açılmasının tərəfdarıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti