Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq - 2026-cı ilə qədər

2 Aprel 2023 15:30 Araşdırma 533
Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq - 2026-cı ilə qədər

2026-cı ilə qədər xarici investorların (o cümlədən Türkiyə, BƏƏ, İtaliya, Böyük Britaniya və Rusiyadan) fəal cəlb edilməsi hesabına Qarabağdakı layihələrə ayrılan investisiyaların təxminən 10 milyard dollar (ÜDM-in 18%-i) səviyyəsində planlaşdırılır.

Bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

"İnfrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-xammal məhsullarının istehsalına və ixracına yönəldilmiş yeni sənaye və iqtisadi zonalar yaradılacaq.

Bizim hesablamalarımıza görə, 2023-cü ildə Qarabağda layihələr geniş vüsət alacaq və yalnız büdcə deyil, həm də xarici investisiyalar cəlb ediləcək ki, onların iqtisadi artıma töhfəsi 2,5 faiz ola bilər”, - bankın iqtisadçısı vurğulayıb.

Onun sözlərinə görə, iri nəqliyyat marşrutlarının inkişafına yönəlmiş yeni layihələr 2024-cü ilə qədər Azərbaycanın ÜDM-də nəqliyyat sektorunun payını demək olar ki, 20%-ə çatdıracaq.

2019-cu ildə pandemiyadan əvvəlki dövrdə nəqliyyat sektorunun Azərbaycanın ÜDM-ə töhfəsi 10%-i demək olar ki, ötməyib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?