Azərbaycanda stadionun sökülüb, yerində binaların tikilməsi – MƏLUMAT DOĞRUDURMU?

30 Mart 2023 23:40 Araşdırma 699
Azərbaycanda stadionun sökülüb, yerində binaların tikilməsi – MƏLUMAT DOĞRUDURMU?

«AZAL Arena»nın gələcək taleyi ilə bağlı sosial şəbəkələrdə yeni xəbərlər yayılıb.

Əvvəla onu yada salaq ki, Şüvəlanda yerləşən stadionun AZAL Hava Konsernindən alınması barədə ilk məlumatı Sportinfo.az yayıb.

Redaksiyamıza daxil olan informasiyaya görə, idman qurğusu Gənclər və İdman Nazirliyinin (GİN) balansına keçib. GİN-in bunun üçün qarşı tərəfə 6 milyon manat ödədiyi söylənilir.

İndi isə söz-söhbətlər dolaşır ki, AZAL Hava Konserni ilə GİN arasında anlaşma baş tutmayıb və birincilər kompleksin təyimatını dəyişmək niyyətindədir.

Belə ki, stadion və bazanın söküləcəyi, həmin ərazidə yaşayış massivinin salınacağı iddia olunur.

Bu, doğru məlumat deyil. İdman «ocağı» təyinatı üzrə istifadə olunacaq. GİN-in nümayəndələri son vaxtlar bura tez-tez səfər edir, görüləcək işlərlə bağlı dəqiqləşdirmə aparır.

Ətrafdakı köhnə tikililərin sökülməsi, hündürmərtəbəli binaların inşa olması isə gündəmdədir. Yəni, burada aparılacaq tikinti «AZAL Arena»nın ərazisini əhatə etməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"