Ramazanda düzgün qidalanmaq üçün bunlar; mütləq bilmək lazımdır

29 Mart 2023 03:10 Araşdırma 400
Ramazanda düzgün qidalanmaq üçün bunlar; mütləq bilmək lazımdır

Artıq bir müddətdir ki, Ramazan ayını yaşayırıq.

Bəs bu ayda oruc tutanlar imsak və iftarda hansı qidalara üstünlük verməlidir ki, sonradan sağlamlıqlarında problem yaşamasınlar?

Mövzu ilə bağlı pəhriz kitablarının müəllifi, tanınmış həkim-dietoloq Leyla Zülfüqarlı musavat.com-a danışıb.

O qeyd edib ki, Ramazan ayında qidalanmağa xüsusi riayət etmək lazımdır: “Əslində qidalanma ilə bağlı tanrının buyurduqları ilə dietologiyanın qanunları tam üst-üstə düşür. Tanrı qidalanmağın vacib olduğunu buyurur, sadəcə, nə yeməyimizə baxmalıyıq, haramdan uzaq olmalıyıq və sairə. Hətta Quranda bir çox vacib bitkilərin, ədviyyatların, o cümlədən darçının, balın adı keçir. Məlum olduğu kimi, dietologiya elmi də əslində qidalanmanı öyrədir. Qidalanma isə çox vacib bir funksiyanı yerinə yetirir. Çünki biz qidalanma vasitəsilə vacib maddələri bədənə ötürür, bunun sayəsində yaşamağımıza davam edirik.

Ramazan ayında oruc tutmaqla təkcə nəfsimizə hakim kəsilmirik, həm də bir çox haramdan uzaq durmağa, saflaşmağa çalışırıq. Bu saflaşma həm fikirlərimizin, əməllərimizin, həm də paralel olaraq orqanizmimizin saflaşmasıdır.

İnsan ac qaldıqda autofaqiya prosesi baş verir. Autofaqiya nədir? Autofaqiya hüceyrələrin özünü yeniləməsi və bədənin həyati fəaliyyəti üçün vacib təbii prosesdir. Bu proses zamanı insan orqanizmindəki hüceyrələr öz-özünü yeniləyir və hüceyrə daxilində zədələnmiş və köhnəlmiş hüceyrələri təmizləyir, yeni autofaqiya prosesi gedir.

Paytaxt salatını o cür hazırlamaq zəhərlənmə verir

Leyla Zülfüqarlı

Araşdırmalara görə, insan 8 saat, maksimum 16-20 saat ac qaldıqda, qaraciyər hüceyrələri özünü yeniləyir, reabilitasiya prosesi baş verir , orqanizmdə qlükoza ehtiyatı xərclənir. Nəticədə faydasız yağ toxumaları parçalana bilir. Beləliklə, autofaqiya çox unikal bir prosesdir ki, bu zaman doğrudan da orqanizmdə yeni hüceyrələr yaranır ki, bu da təmizlənmə, saflaşmadır".

Leyla Zülfüqarlı Ramazanda qidalanma zamanı doğru bilinən yanlışlardan da söz açıb: “Xüsusən də imsakda nə qəbul etməyimiz, günə necə başlamağımız məhz Ramazan ayının sağlam keçirməyimizə xidmət edir. Ona görə də mütləqdir ki, insanlar imsak vaxtı qida qəbul etsin. Şahidi oluruq ki, bəzi insanlar imsaka qalxa bilmir və qida qəbul etmədən oruca başlayırlar. Tövsiyələrdən ən birincisi də budur ki, imsaka 3-4 stəkan su qəbul etməklə başlanılsın.

Bəzən insanlar elə düşünür ki, xurma yalnız iftar yeməyinə aiddir. Amma belə deyil. Mütləqdir ki, imsakda da xurmadan istifadə olunsun. Çünki günlük şəkərə olan ehtiyacımızı xurmadan alırıq. Xurma yeganə meyvədir ki, təbii kofein və karbohidrat qaynağıdır. Bu baxımdan, hər səhər imsakda 3-4 ədəd xurma qəbul etmək məsləhətdir. Həmçinin imsakda bir ovuc qoz yeməyi məsləhət görürəm. Ümumiyyətlə, badam, qoz və digər çərəzlərin tərkibində magnezium, dəmir maddələri var. Çalışmaq lazımdır ki, qara çaydan, qəhvədən az istifadə olunsun. Çünki bunlar bizi daha çox susada bilər. Buna görə adi su qəbul etmək daha yaxşıdır. Hər zaman deyirəm ki, Ramazan ayı qarınqululuq ayı deyil, nəfsinə hakim kəsilməklə bütün günü iftarı gözləyən insanlar iftar vaxtı bütün nemətləri eyni vaxtda qəbul etməməlidirlər.

Əksəriyyət iftar vaxtı həddindən artıq böyük porsiya ilə yemək qəbul edir, yeməkdən dərhal sonra çay içir və s. Bunlar da orqanizm üçün ziyanlıdır və mədənin böyüməsinə səbəb olur. Bu baxımdan, Ramazan ayında əsasən bizi tox tutacaq qidaları qəbul etmək lazımdır. Məsələn, tam taxıllı, çovdar unundan ibarət çörək mütləq yeyilməlidir. İmsakda bir-iki dilim belə mütləq yeyilməlidir. Həmçinin tövsiyə olunur ki, iftarda daha çox bol tərəvəzli qidalar, süd, qatıq məhsullarından istifadə olunsun. Hər gün iftardan sonra ən azı bir stəkan qatıq mütləq qəbul olunmalıdır.

Bir məsələyə xüsusi diqqət etmək lazımdır - iftar vaxtı qidalar hissə-hissə qəbul olunmalıdır. Belə ki, hər bir qida arasında bir saat interval olmalıdır. İlk olaraq su və sulu qidalara, daha sonra salatlara, sonda isə ət məhsullarından ibarət yeməklərə üstünlük verilməsi vacibdir.

Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də qastrit və yaxud qəbizlik ortaya çıxır. Bu da o deməkdir ki, həmin şəxslər orucluq ayında düzgün qidalanmayıb. Mən həmişə deyirəm - dietologiya elmi ilə Tanrının buyurduqları eynidir. Ramazan ayı da sağlam qidalanmaya keçid üçün bir tramplin ayıdır.

“Köklüyün sirri-arıqlamağın açarı” adlı kitabımda Ramazanda doğru bəslənmə haqqında geniş yazmışam. Beləliklə, bu gözəl ayda insanları saf və sağlam olmağa çağırıram".

Digər Xəbərlər
Xəbər Lenti